Dünya
Pakistanda qatar qəzası: Ölən və yaralananlar var - Video
Pakistanın Pəncab əyalətinin Multan şəhərində "Rehman Baba Express" sərnişin qatarının relsdən çıxması nəticəsində azı 5 nəfər həyatını itirib, 30 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "Geo TV" telekanalı yayıb.
Məlumata görə, Kəraçi şəhərindən Peşəvərə doğru hərəkət edən qatarın 14 vaqonunun hamısı yoldan çıxıb. Bədbəxt hadisə Şer-Şah körpüsü yaxınlığında yerli vaxtla təqribən saat 05:15-də (Bakı vaxtı ilə saat 04:15-də) qeydə alınıb. Xəsarət alan şəxslər Multandakı xəstəxanaya yerləşdiriliblər. Hazırda ərazidə xilasetmə tədbirləri davam etdirilir. Qəzanın dəqiq səbəbləri hələlik rəsmi olaraq açıqlanmayıb. Sərnişinlərdən birinin mətbuat nümayəndələrinə verdiyi məlumata əsasən, hadisədən qısa müddət əvvəl işçilər vaqonlardan birinin bərkidici hissələrində təmir işləri aparıblar.

Mənbə
oxu.az