İqtisadiyyat
Azərbaycan neftinin qiyməti 131 dolları keçdi
"Azeri Light" markalı neft bahalaşıb. Oxu.Az xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.81 ABŞ dolları və ya 0.62% artaraq 131.62 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizin əvvəlki qiyməti 130.81 ABŞ dolları olub.
Mənbə
oxu.az