Dünya

Ağrı dağında alpinistlər uçqundan son anda xilas oldular - Video

13 Oct 2026, 01:46 3 baxış
Ağrı dağında alpinistlər uçqundan son anda xilas oldular - Video
Türkiyənin Ağrı dağında zirvəyə qalxan alpinistlər 4 200 metr yüksəklikdəki düşərgədə olarkən qaya uçqunu ilə üzləşiblər. Oxu.Az NTV telekanalına istinadən xəbər verir ki, dik yamaclardan qopan nəhəng qaya parçaları düşərgə istiqamətində yuvarlanmağa başlayıb.

Təhlükəni görən alpinistlərdən biri ucadan qışqıraraq dostlarını xəbərdar edib. Digər alpinistlər dərhal təhlükəli ərazidən uzaqlaşaraq faciədən son anda xilas olublar. Hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər