Digər
Rusiya PUA-sı göydələni vurdu: ölü və yaralılar var
Rusiyaya məxsus PUA Kiyevdə 25 mərtəbəli yaşayış binasına zərbə endirib.
Axar.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko özünün Teleqram kanalında məlumat yayıb.
"Darnitski rayonunda PUA 25 mərtəbəli yaşayış binasının 12-16-cı mərtəbələrinə dəyib", - deyə o yazıb.
Məlumata görə, hücum nəticəsində 1 nəfər ölüb, 4 nəfər isə yaralanıb.
Mənbə
axar.az