Dünya
Britaniya baş naziri hərbi baza yaxınlığındakı insidentə görə İranı ittiham etdi
Böyyk Britaniyanın Baş naziri Endi Börnhem İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İngiltərənin qərbində yerləşən Ferford aviabazası yaxınlığında sentyabr ayında baş vermiş insidentə aidiyyəti olduğunu iddia edib. Oxu.Az TASS-a istinadən xəbər verir ki, Börnhem bu barədə Britaniya parlamentinidə çıxış edərkən bildirib. "Qiymətləndirməmizə əsasən, Britaniya Hərbi Hava Qüvvələrinin Ferford aviabazasında baş vermiş insidentin İranda koordinasiya olunduğunu və buna İran İslam İnqilabı Keşikçiləri Korpusu rəhbərlik etdiyini əminliklə deyə bilərik. Biz öz ərazimizdə təhdidlərə dözməyəcəyik. İrandan gələn cinayətkar şəbəkələrə və onların maliyyələşmə mənbələrinə qarşı mübarizə aparmaq üçün bütün səlahiyyətlərimizdən istifadə edərək bu fəaliyyətlərin qarşısını alacağıq. Həmçinin, İranın və SEPAH-ın bizə zərər vurmaq imkanlarını məhdudlaşdırmaq üçün əlavə sanksiyalar tətbiq edəcəyik", - deyə baş nazir bildirib. Börnhemin çıxışı ilə eyni vaxtda Böyük Britaniya hökumətinin saytında İrana qarşı sanksiyalar siyahısı yenilənib. Siyahıya iki nəfər - Ruhulla Bazqəndi və Əli Təmərzadə daxil edilib. Londonun iddiasına görə, Bazqəndi İran hökumətinin maraqları naminə kəşfiyyat fəaliyyəti ilə məşğuldur və Təmərzadə ilə birlikdə Britaniya və ya digər ölkələrin sakinlərinə qarşı hücumların planlaşdırılması və ya həyata keçirilməsində iştirak edir.
Mənbə
oxu.az