Cəmiyyət
Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək
Paytaxtın bəzi yerlərində qaz olmayacaq. Oxu.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Bildirilib ki, aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar oktyabrın 13-də saat 10:00-dan işlər yekunlaşanadək Nizami rayonunun Bəkir Çobanzadə küçəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
Mənbə
oxu.az