Digər
Vaykule: Rusiyanın bu açıqlamaları gülüncdür!
Rusiyanın Latviyaya mədəniyyət gətirməsi ilə bağlı açıqlamaları gülüncdür.
Kult.az xəbər verir ki, bunu tanınmış latviyalı müğənni Layma Vaykule deyib.
İllərdir Rusiya səhnəsində çıxış edən Vaykule rus dostlarından da məyus olduğunu bildirib:
“Hər şey dəyişib. Pul məsələsini bir kənara qoysaq, ən böyük məyusluq insanlarla bağlıdır. İnsanların bu qədər pis ola biləcəyini bilmirdim. Hər şeyi məhv edib heç nəyə görə peşman olmamağın mümkün olduğuna inana bilmirdim. Rusiyanın bizə mədəniyyət gətirdiyini eşitmək çox gülməlidir. Sovet İttifaqı dövründə ən çox qərbləşmiş mədəniyyətlər Estoniya, Latviya və Litva mədəniyyətləri idi”.
Mənbə
axar.az