Siyasət

Azərbaycanlı hərbçiyə görə Ermənistanda korpus komandanının müavini vəzifəsindən azad olundu

12 Oct 2026, 12:54 2 baxış
Azərbaycanlı hərbçiyə görə Ermənistanda korpus komandanının müavini vəzifəsindən azad olundu
Ermənistan Silahlı Qüvvələrinin Xüsusi Ordu Korpusu komandanının müavini Artsvik Qriqoryan vəzifəsindən azad edilib. Oxu.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, müvafiq fərman baş nazirin təqdimatı əsasında ölkə prezidenti tərəfindən imzalanıb. Məlumata görə, Qriqoryan bu vəzifəyə ötən ilin oktyabrında təyin edilmişdi. Ermənistan mediasının yazdığına görə, onun vəzifədən uzaqlaşdırılmasının Azərbaycan hərbi qulluqçusu Nəsimi Musayevin ölkə ərazisinə keçməsi ilə əlaqədar olması istisna edilmir. Qeyd edək ki, oktyabr 1-də Azərbaycan ordusunun hərbi qulluqçusu Nəsimi Musayev Ermənistanın təhlükəsizlik xidməti əməkdaşları tərəfindən saxlanılıb. Şəki kəndi (Zəngəzur) istiqamətində yerləşən ərazidə, hələlik məlum olmayan səbəblərdən dövlət sərhədini keçən Azərbaycan hərbçisi barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər