İdman
AFFA gənc futbolçular üçün yeni layihələrini təqdim edib
AFFA-nın yeni match.affa.az və @AFFA.istedadlar sosial media layihəsi ictimaiyyətə təqdim olunub. Oxu.Az xəbər verir ki, mərasimdə AFFA rəhbərliyi və rəsmi şəxslər iştirak edib. Təqdimat çərçivəsində milli assosiasiyanın həyata keçirdiyi rəqəmsal platformalar və gənc futbolçuların inkişafına dair məsələlər diqqətə çatdırılıb. Daha sonra təqdimatla bağlı videoçarx nümayiş olunub. Qeyd edək ki, match.affa.az saytında gənclər futbolu, yarışlar və inkişaf mövzularında məqalələr yerləşdiriləcək. Həmçinin AFFA-nın aşağı yaş qrupları üzrə çempionatları barədə məlumatlar almaq mümkün olacaq.
Mənbə
oxu.az