Mədəniyyət
Azərbaycanlı professor Çingiz Abdullayev Türkiyə universitetlərində kitablarını təqdim edib - Foto
Azərbaycanlı professor Çingiz Abdullayevin Türkiyəyə səfəri çərçivəsində İstanbul və Ankarada bir sıra elmi və mədəni görüşlər, kitab təqdimatları və müzakirələr keçirilib. Oxu.Az xəbər verir ki, universitetlərin dəvəti ilə baş tutan səfər çərçivəsində İstanbulda "Özyeğin" Universitetində, Ankarada isə Ankara Sosial Elmlər Universitetində professorun müəllifi olduğu "Kardeş Ülkeler", "Türkiye'nin Çok Kültürlü Muhiti" və "Türk İzlerinin Avrupa Haritası" kitablarının təqdimatları təşkil olunub. Tədbirlərdə universitetlərin alimləri və tələbələri iştirak ediblər. Təqdimatlar zamanı kitablarda əks olunan mövzular ətrafında fikir mübadiləsi aparılıb. Görüşlərdə Bakı Türkoloji Qurultayının 100 illiyinə həsr olunmuş silsilə tədbirlərə də toxunulub. Qeyd olunub ki, bu təqdimatlar yalnız kitabların oxuculara çatdırılması baxımından deyil, həm də Azərbaycan və Türkiyə arasında elmi-mədəni əlaqələrin daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. İstanbulda Türk-Alman Universitetinin alimlərinin də təqdimatlarda iştirakı gələcəkdə birgə elmi və mədəni layihələrin müzakirəsi üçün imkan yaradıb. Bu görüşlərin Azərbaycan, Türkiyə və Almaniya arasında akademik və mədəni əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni əlaqələrin qurulmasına xidmət edəcəyi bildirilib. Ankara Universitetində keçirilən beynəlxalq konfransa dəvət olunmuş professor Çingiz Abdullayev "Çanakkale Onsekiz Mart" Universitetinin professoru Vedat Çalışkan ilə birlikdə bir sıra görüşlər də keçirib. Həm "Özyeğin" Universitetinin, həm də Ankara Sosial Elmlər Universitetinin rəhbərliyinin azərbaycanlı alimin elmi və yaradıcılıq fəaliyyətinə göstərdiyi diqqət xüsusi qeyd olunub. Türkiyənin müxtəlif universitetlərində təşkil edilən təqdimat və görüşlər professor Çingiz Abdullayevin Azərbaycan və Türkiyə arasında akademik, mədəni və humanitar əlaqələrin daha da möhkəmləndirilməsinə verdiyi töhfə kimi qiymətləndirilir.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az
Oxşar Xəbərlər