Digər
KTMT-nin təlimləri başladı: 1500-dən çox hərbçi...
Belarusda KTMT-nin “Sarsılmaz Qardaşlıq-2026” və “Maneə-2026” hərbi təlimləri başlayıb.
Axar.az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, təlimlərdə beş ölkədən 1500-dən çox hərbçi, 300-dən çox silah, hərbi və xüsusi texnika, eləcə də 80-ə yaxın dron iştirak edir:
“Təlimlərə Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın hərbi kontingentləri qatılıb. Təlimlər KTMT-nin kollektiv qüvvələri tərəfindən sülhməramlı əməliyyatların hazırlanması və keçirilməsinə, həmçinin bu qüvvələrin məsuliyyət zonasında bioloji təhlükə mənbələrinin aradan qaldırılmasına yönəlib”.
Qeyd edək ki, Ermənistan təlimlərə qatılmayıb.
Mənbə
axar.az