Mədəniyyət

Böyük Vətən müharibəsindən səhnəyə uzanan yol: Tanınmış sovet aktyorunun həyat hekayəsi - Video

12 Oct 2026, 02:00 2 baxış
Böyük Vətən müharibəsindən səhnəyə uzanan yol: Tanınmış sovet aktyorunun həyat hekayəsi - Video
1922-ci il oktyabrın 31-də Rusiyanın Vyazma şəhərində anadan olan Anatoli Papanov sovet teatr və kinosunun ən tanınmış aktyorlarından biri, SSRİ Xalq artisti kimi tarixə düşüb. Baku TV-nin məlumatına görə, uşaqlıqdan teatra maraq göstərən Papanov aktyorluq karyerasına başlamazdan əvvəl İkinci Dünya müharibəsində iştirak edib, ağır yaralanaraq ordudan tərxis olunub və 1943-cü ildə Dövlət Teatr Sənəti İnstitutunda təhsilini davam etdirib.

1948-ci ildə Moskvanın Satira teatrına qoşulan aktyor təxminən 40 il ərzində burada çalışaraq onlarla yaddaqalan obraz yaradıb, eyni zamanda "Dirilər və ölülər", "Brilyant əl", "Avtomobildən qorunun" və "12 stul" kimi məşhur filmlərdəki rolları ilə böyük şöhrət qazanıb. Aktyorun şəxsi həyatında isə həyat yoldaşı, aktrisa Nadejda Karatayeva ilə dörd onillikdən artıq davam edən ailə münasibətləri mühüm yer tutub, lakin Papanovun həyatının müəyyən dövrü alkoqol asılılığı ilə mübarizə ilə də yadda qalıb. O, anasının ölümündən sonra içkidən tamamilə uzaqlaşmağa qərar verib və həyatını dəyişən bu addım sonrakı illərdə yaradıcılığına davam etməsinə imkan verib. 1987-ci il avqustun 5-də 64 yaşında vəfat edən Anatoli Papanov ölümündən sonra da yüksək qiymətləndirilib və yaratdığı obrazlar, səsləndirdiyi personajlar, eləcə də kino tarixində qoyduğu izlə sovet səhnə sənətinin unudulmaz simalarından biri olaraq qalıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər