Mədəniyyət
Xalq artisti Qurban İsmayılov: "Məscid üçün dinin qəbul olunmuş qaydaları var, məktəb üçün də dövlət qərar verir"
Bir neçə gün bundan əvvəl qəbul olunmuş vahid məktəbli geyim forması ilə bağlı bir sıra sənət adamları fikir bildiriblər. Oxu.Az xəbər verir ki, mövzu ilə bağlı Xalq artisti, tanınmış aktyor Qurban İsmayılov Redaktor.az-a açıqlamalar verərək münasibətini bildirib. Qurban İsmayılov məsələyə həm dini, həm də dövlət qanunvericiliyi nöqteyi-nəzərindən yanaşaraq maraqlı paralellər aparıb: "Elə bil ki, məscidə gedərkən ayaqqabı ilə daxil ola bilmərik, elə deyilmi? Məscid üçün dinin qəbul olunmuş qaydaları var, oraya "şortik"lə girmək olmaz. Eyni ilə, dövlət də öz məktəbi üçün qanun və qərar verib ki, hicabla olmaq olmaz. Deməli, dövlət nəyisə bilir ki, bu qərarı verib. Bizim bilmədiyimiz məqamlar ola bilər". Aktyor məsələnin sadə və qarşılıqlı anlayış çərçivəsində həll oluna biləcəyini qeyd edib: "Uşaq məktəbin qapısına qədər hicabla gələ bilər, daxil olarkən hicabını çıxarıb çantasına qoyar, dərsinə girər. Çıxanda isə təzədən hicabını bağlayıb gedər. Burada böyütməli bir problem yoxdur. Mən belə başa düşürəm ki, bu məsələyə görə insanların bir-birinə düşmən kəsilməsinə heç bir ehtiyac yoxdur".
Mənbə
oxu.az
Oxşar Xəbərlər