Dünya

Uitkoff və Kuşner Moskvaya səfərlərini təxirə saldılar

12 Oct 2026, 01:16 2 baxış
Uitkoff və Kuşner Moskvaya səfərlərini təxirə saldılar
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Cared Kuşner Rusiyayay planlaşdırılan səfərlərini təxirə salıblar. Oxu.Az "Axios" nəşrinə istinadən xəbər verir ki, Ukrayna və Avropa İttifaqının Moskva üçün vahid təklif üzərində razılığa gəlmə məsələsi həllini tapana qədər səfərin yeni tarixi müəyyənləşdirilməyəcək. Nəşrin həmsöhbəti Stiven Uitkoff və Cared Kuşnerin kəşfiyyat məlumatlarının mübadiləsini dayandırmaqla hədələdikləri barədə məlumatı da təkzib edib. Onun sözlərinə görə, Mayamidə keçirilən danışıqlar zamanı ABŞ prezidentinin xüsusi nümayəndələri Ukrayna tərəfinə Vaşinqtonun hələ də güclü tərəfdaş olduğunu xatırladıblar. Buna görə də Kiyev ABŞ istehlakçılarına zərər vuracaq addımlar atmamalıdır. Eyni zamanda, "New York Times" qəzetinin yazdığına görə, ABŞ-nin Moskvanı müvəqqəti atəşkəsə razı sala biləcək üç təklifi var. Bunlara Rusiyanın milyardlarla dollar dəyərində dondurulmuş aktivlərinin açılması, LUKOIL şirkətindəki payların amerikalı və Yaxın Şərq investorlarından ibarət qrupa satılması, eləcə də Belarusun kalium gübrələri ixrac etməsinə icazə verilməsi daxildir.
Mənbə oxu.az

Oxşar Xəbərlər