Digər
İsrail şübhəli hava hədəfinə qarşı raket buraxdı
İsrail ordusu Livanın cənubunda şübhəli hava hədəfini ələ keçirmək üçün raket buraxıb.
Axar.az xəbər verir ki, bu barədə ÇAXAL məlumat yayıb.
"Livanın cənubunda, İsrail hərbçilərinin fəaliyyət göstərdiyi ərazidə aşkarlanan şübhəli hava hədəfinə doğru raket buraxılıb. Hədəfin ələ keçirilməsinin nəticələri dəqiqləşdirilir",- məlumatda deyilib.
Mənbə
axar.az