İdman

"Mançester Siti"dən "Liverpul"a üç cavabsız qol - Video

11 Oct 2026, 21:36 2 baxış
"Mançester Siti"dən "Liverpul"a üç cavabsız qol - Video
"Mançester Siti" İngiltərə Premyer Liqasının 6-cı turunda "Liverpul"u böyük hesabla məğlub edib. Oxu.Az xəbər verir ki, "Enfild" stadionunda keçirilən görüşdə hesab 65-ci dəqiqədə Erlinq Holandın qolu ilə açılıb. Cəmi üç dəqiqə sonra Jeremi Doku fərqi iki topa çatdırıb. 78-ci dəqiqədə Rayan Şerki "şəhərlilər"in üçüncü qolunu vuraraq yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, 62-ci dəqiqədə "Liverpul"un futbolçusu Rayan Qravenberx qırmızı vərəqə alaraq meydandan qovulub. Bu qələbədən sonra xallarını 18-ə çatdıran "Mançester Siti" turnir cədvəlinə başçılıq edir. Doqquz xalı olan "Liverpul" isə doqquzuncu pillədə qərarlaşıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər