Cəmiyyət
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var - Foto
Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə Sülh prospektində qeydə alınıb. "Mercedes" markalı minik avtomobili ilə "Hyundai" markalı mikroavtobus toqquşub. Qəza nəticəsində üç nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıblar. Hadisənin başvermə səbəbi araşdırılır.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az