Digər
Miqrantları daşıyan qayıq batdı: 109 ölü
Cibuti sahillərində 350 qeyri-qanuni miqrantı daşıyan qayıq batıb.
Axar.az xəbər verir ki, bu barədə BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb.
Məlumata görə, qayığın batması nəticəsində 15-i uşaq olmaqla, ümumilikdə 109 nəfər həyatını itirib, 116 nəfər isə itkin düşüb.
Yəmənə doğru yola çıxan qayıqdan 80 nəfər xilas edilib və sağ qalanların hamısının Efiopiya vətəndaşı olduğu açıqlanıb.
Mənbə
axar.az