Digər

Ukrayna hücumu: Bu ölkələrdə “Yandeks” işləmədi

11 Oct 2026, 16:15 3 baxış
Ukrayna hücumu: Bu ölkələrdə “Yandeks” işləmədi

Ukraynanın Rusiyadakı “Yandeks” şirkətinin data bazasına hücumundan sonra Ermənistan və Qazaxıstanda şirkətin xidmətlərində nasazlıq yaranıb.


Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.


Məlumata görə, hər iki ölkədə istifadəçilər “Yandeks Taksi” və çatdırılma xidmətlərindən istifadə zamanı problemlərlə üzləşiblər.


Bundan başqa Gürcüstan, Özbəkistan və Serbiyada da “Yandeks”in fəaliyyətində problemlər yaranıb.


Serbiyada “Yandeksn Taksi” tətbiqi ümumiyyətlə işləmir.


Qeyd edək ki, bu gün Ukrayna ordusu Rusiyanın Vladimir vilayətində “Yandeks”in növbəti data mərkəzinə zərbələr endirib.

Mənbə axar.az

Oxşar Xəbərlər