İdman

Mourinyoya qarşı narazılıq: Futbolçular qruplaşmalara bölünüblər

11 Oct 2026, 14:12 2 baxış
Mourinyoya qarşı narazılıq: Futbolçular qruplaşmalara bölünüblər
"Real Madrid"in futbolçuları baş məşqçi Joze Mourinyonun taktiki yanaşmasından narazıdırlar. Oxu.Az "The Touchline" nəşrinə istinadən xəbər verir ki, futbolçuların narazılığına səbəb portuqaliyalı mütəxəssisin oyunlara hazırlaşarkən sistemli taktiki yanaşmadan daha çox futbolçuların fərdi ustalığına güvənməsidir. Məlumata görə, bu vəziyyət "kral klubu"nun paltardəyişmə otağında fikir ayrılıqlarına səbəb olub. Komanda daxilində bir neçə qrup formalaşıb və hər biri Mourinyonun fəaliyyətini fərqli qiymətləndirir. Xatırladaq ki, Joze Mourinyo 2026-cı ilin yanvarında Xabi Alonsonun ayrılmasından sonra "Real"ın sükanını arxasına keçmiş Alvaro Arbeloanı əvəzləyib. Mourinyo daha əvvəl 2010-2013-cü illərdə də "Real"ı çalışdırmış və bu dövrdə komanda ilə İspaniya çempionluğu, ölkə kuboku və Superkuboku qazanmışdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər