İdman
Jül Künde "Barselona" tarixində rekorda imza atdı
"Barselona"nın müdafiəçisi Jül Künde klub tarixində ən çox matçda meydana çıxan fransalı futbolçu olub. Oxu.Az "Çempionat"a istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi İspaniya çempionatında "Xetafe" ilə qarşılaşmada "Barselona"nın heyətində 194-cü oyununu keçirib. "Barselona"nın 3:0 hesablı qələbəsi ilə başa çatan matçda Künde qol vuraraq bu tarixi nailiyyətini qeyd edib. Beləliklə, o, Erik Abidalın rekordunu geridə qoyub. Künde 2022-ci ilin yayında "Sevilya"dan transfer olunduqdan sonra "Barselona"da çıxış edir. Həmin vaxtdan bəri fransalı futbolçu bütün turnirlərdə 10 qol vurub və 22 məhsuldar ötürmə edib.
Mənbə
oxu.az