Dünya

Makronun reytinqi tarixi antirekordu yenilədi

11 Oct 2026, 11:36 1 baxış
Makronun reytinqi tarixi antirekordu yenilədi
Fransa Prezidenti Emmanuel Makronun populyarlıq reytinqi 15%-ə enərək tarixi minimuma düşüb. Oxu.Az xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyi "Ipsos" sosioloji şirkəti və CESI mühəndislik məktəbinin birgə keçirdiyi sorğunun nəticələrinə istinadən məlumat yayıb. Sorğu oktyabrın 7-dən 8-dək yaşı 18-dən yuxarı olan 1 000 Fransa vətəndaşı arasında keçirilib. Sorğunun nəticələrinə görə, respondentlərin yalnız 15%-i Makronun prezident kimi fəaliyyətini bəyənir. Respondentlərin 82%-i isə dövlət başçısının yürütdüyü siyasətdən narazı olduğunu bildirib. Sentyabr ayında Makronun populyarlıq reytinqi 16% təşkil edib. Bu göstərici "Ipsos"un keçirdiyi sorğular tarixində onun indiyədək qeydə alınmış ən aşağı reytinqi olub. Araşdırma çərçivəsində Fransa vətəndaşlarının 2027-ci ildə keçiriləcək prezident seçkisinin potensial namizədlərinə münasibəti də öyrənilib. Sorğuda "Milli Birlik" partiyasının rəhbəri Jordan Bardella barədə respondentlərin 33%-i müsbət fikir bildirib. Həmin partiyanın parlamentin aşağı palatasındakı fraksiya rəhbəri Marin Le Pen 32%, Fransanın keçmiş baş naziri Eduar Filipp isə 20% müsbət rəy toplayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər