İdman
"Şamaxı"nın futbolçusu "Gent"ə transfer olur?
Edqar Adilxanovun Belçikanın “Gent” klubundan təklif alması ilə bağlı yayılan xəbərlər yalandır.
Axar.az xəbər verir ki, bunu “Şamaxı”nın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 7-ci turunda “Zirə” ilə səfərdə 1-1 hesablı heç-heçə etdikləri oyundan sonra deyib.
“Belə bir şey yoxdur. Əgər olsaydı, klub bizə məlumat verərdi. Bu cür xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil. Bu, futbolçu üçün narahatlıq yaradır”, - A.Bağırov qeyd edib.
Mənbə
axar.az