Siyasət
Azərbaycan MDB-yə sədrlik edəcək: Sülhə gedən yol necə dəyişəcək? - Foto
Azərbaycanın 2028-ci ildə MDB-yə sədrliyi, Ermənistanın 2029-cu ildə bu funksiyanı üzərinə götürməsi ehtimalı və iki ölkə arasında sülh prosesinin gələcəyi regionda yeni siyasi reallıqları gündəmə gətirir. Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında Prezident İlham Əliyev Azərbaycanın 2028-ci ildə təşkilata sədrlik etməyə hazır olduğunu bəyan edib. Belarus Prezidenti Aleksandr Lukaşenko bu qərarı tarixi hadisə kimi qiymətləndirib, Ermənistan da 2029-cu ildə sərəncama uyğun olaraq bu funksiyanı yerinə yetirmək ehtimalından danışıb. Ermənistanın baş naziri Nikol Paşinyan isə Azərbaycanla münasibətlərdə son dövrdə baş verən müsbət dəyişikliklərə diqqət çəkib, TRIPP layihəsinin həyata keçirilməsinin Ermənistanla Azərbaycan arasında birbaşa dəmir yolu əlaqəsinə imkan verəcəyindən, Ermənistan və Azərbaycan arasında sülhün reallaşmış bir fakt olduğundan danışıb. Belə olan halda, yəni, Azərbaycanın 2028-ci ildə, Ermənistanın isə 2029-cu ildə MDB-yə sədrlik etməsi ehtimalı fonunda, həmin dövrədək yekun sülh sazişinin imzalanması mümkündür? Həmçinin, sülh sazişinin imzalanması TRIPP layihəsinin reallaşmasını nə dərəcədə sürətləndirə bilər? "Qafqaz" Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi elmlər doktoru Araz Aslanlı mövzu ilə bağlı Oxu.Az-a açıqlamasında bildirib ki, Azərbaycan xarici siyasətində mümkün qədər daha çox dövlətlə, daha çox beynəlxalq, regional təşkilatla normal münasibətlərə malik olmaq böyük əhəmiyyət kəsb edir:
"Amma heç də daha çox beynəlxalq təşkilatda təmsil olunmaq deyə prioritet yoxdur. Cənab prezident bunu andiçmə mərasimində də qeyd edib, Yeni Azərbaycan Partiyasının sonuncu qurultayındakı çıxışında də bildirib: "İndi bir çox ölkələr müxtəlif düşərgələrə üzv olublar, yaxud da ki, olmaq istəyirlər. Biz isə heç bir düşərgəyə qoşulmuruq və qoşulmayacağıq, bu bizə lazım deyil". Dövlət başçısı sonuncu prezident seçkisindən sonra andiçmə mərasimindəki çıxışında da bildirib ki, bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur. Amma təbii ki, MDB-yə üzvlük, MDB çərçivəsində münasibətlərin davam etdirilməsi, burada müxtəlif dövlətlərlə Azərbaycanın həm coğrafi yaxınlığı, həm müəyyən tarixi məqamlar da önəmlidir. Bu baxımdan, MDB çərçivəsində münasibətlərə də Azərbaycan əhəmiyyət verir və burada Azərbaycanın sədrliyi çoxşaxəli xarici siyasəti davam etdirmək, qonşularla münasibətləri inkişaf etdirmək mühüm əhəmiyyət daşıyır. Bu prosesin Azərbaycanla Ermənistan arasında sülh prosesinə birbaşa təsiri olmasa belə, faydaları da var. Çünki Azərbaycan və Ermənistan Birləşmiş Millətlər Təşkilatının (BMT), Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvləridir. Amma qlobal siyasətdə müəyyən qütbləşmələr -təhlükəsizlik ittifaqları var ki, Ermənistanın təmsil olunduğu təşkilatlarda Azərbaycan, Azərbaycanın üzv olduğu müəyyən regional və beynəlxalq təşkilatlarda Ermənistan təmsil olunmur. Amma MDB regional müstəvidir ki, Azərbaycanla Ermənistan həm də o çərçivədə bir araya gəlir". "Şübhəsiz ki, 2020-ci ildə Vətən müharibəsi və 2023-cü ildə antiterror tədbirləri ilə Azərbaycan öz ərazilərini düşmən işğalından azad edərək ərazi bütövlüyünü tam təmin edəndən sonra yaratdığı reallıq sadəcə Azərbaycan üçün yoх, region, o cümlədən müxtəlif regional və beynəlxalq təşkilatlar üçün də imkanlar yaradıb. Biz müharibədən sonra bu reallığı başqa müstəvilərdə də gördük ki, Azərbaycan və Ermənistan beynəlxalq təşkilatlarda sədrlik, ev sahibliyi kimi məsələlərdə bir-birinə problem yaratmadı və müəyyən hallarda bir-birini dəstəklədilər. MDB-yə sədrlikdə də hesab edirəm ki, buna bənzər bir yanaşma var, çünki artıq hər iki ölkə sülh gündəliyini ortaya qoyub", - deyə analitik vurğulayıb. Ekspertin sözlərinə görə, bütün bunlara rəğmən Ermənistan sülh gündəliyinə tam sadiq deyil: "Düzdür, Ermənistan sülh gündəliyinə sadiq olduğunu rəsmi olaraq bəyan edib, lakin müəyyən məsələlərdə biz bunun əksini görürük. Azərbaycan isə bu gündəliyə tam sadiqdir. Bu baxımdan, MDB-yə sədrlik üçün iki dövlətin bir-birinə problem yaratması gözlənilmirdi". Müsahibimiz hesab edir ki, MDB çərçivəsindəki münasibətlər Zəngəzur dəhlizinin açılmasının qarşısındakı texniki, kənar dövlətlərdən və həm də Ermənistanın özündən qaynaqlanan maneələri bir qədər zəiflədə bilər: "Düzdür, maneələri tam ortadan qaldırmaz, çünki Zəngəzur dəhlizinin açılmasına mane olan amillər kifayət qədər mürəkkəbdir, çoxdur və Ermənistanın sərhədləri ilə məhdudlaşmır. Ona görə də bu əngəllərin hamısının birdən-birə ortadan qaldırılması mümkün deyil. Eləcə də Ermənistanda referendumun və Ermənistanın sülh gündəliyinə tam bağlılığı məsələsi də təəssüf ki, sadəcə bu ölkənin iradəsindən asılı deyil. Ermənistan özü vaxtilə daxili və xarici siyasətini normal formalaşdırmadığı üçün, taleyi ilə bağlı qəbul edə biləcəyi qərarları yalnız özü verə bilmir. Yəni bir növ öz taleyinin sahibi deyil. Bu da istər Ermənistanda referendumun keçirilməsi, istər Zəngəzur dəhlizinin rəsmi İrəvan tərəfdən üzərinə düşən istiqamətinin reallaşdırılması, istərsə də ümumiyyətlə Ermənistanın sülh gündəliyinə, regional sülh, əməkdaşlıq mühitinə sadiq qalması ilə bağlı birdəfəlik fikir bildirmək mümkün deyil. Çünki, birincisi, Ermənistanda bununla bağlı birmənalı yanaşma yoxdur, ikincisi, bunu istəməyən kənar qüvvələrin Ermənistan üzərindəki təsir mexanizmləri çoxdur". "Cənubi Qafqaz" Araşdırmalar Mərkəzinin direktoru, politoloq Fərhad Məmmədov isə Oxu.Az-a açıqlamasında deyib ki, Ermənistanla Azərbaycanın hazırkı sülh gündəliyi imkan verir ki, biz, beynəlxalq təşkilatlarda nəinki bir-birimizə qarşı çıxmayaq, eyni zamanda bu kimi müəyyən formatlarda sədrlik və ya hər hansı ev sahibliyi kimi məsələlərdə qarşılıqlı etiraz etməyək:
"Bu proses hətta 2023-cü ilin dekabr ayından başlayır. Belə ki, həmin dövrdə COP29-un Azərbaycanda keçirilməsinə Ermənistan etiraz etməmiş, Azərbaycan da Ermənistanın COP29 çərçivəsində regional formatda idarə heyətinə üzvlüyünə razılıq vermişdi. Bunu məhz hazırkı dövrdə sülh gündəliyinin bir əlaməti kimi qiymətləndirmək lazımdır. O ki qaldı bu proseslərin sülh sazişinin imzalanmasına təsirlərinə, biz görürük ki, sülh sazişi imzalanmadan belə, artıq iki ölkə arasında əməkdaşlıq mövcuddur və genişlənir". "Lakin sülh sazişinin imzalanması, Ermənistanda yeni konstitusiyanın qəbul edilməsi ilə əlaqələndirilir və Azərbaycan da öz mövqeyini dəyişmədiyi üçün Ermənistanda referendumun keçirilməsi və onun nəticələrindən asılı olacaq", - deyə politoloq vurğulayıb. Onun sözlərinə görə bu, digər kənar ölkələrin fəallaşması ilə bağlıdır: "ABŞ burada xüsusi fəallıq göstərir, bu fəaliyyəti görən digər qüvvələr, eləcə də Rusiya və İran fəallıq göstərir. Azərbaycan da eyni zamanda bu prosesin hansı formada inkişaf edəcəyini müşahidə edir. Çünki bütün tərəflər bu məsələləri Azərbaycansız müzakirə etmir".

Mənbə
oxu.az