Kriminal

Salyanda "Mercedes"lə qatar toqquşdu: ADY bəyanat yaydı - Video

10 Oct 2026, 13:45 2 baxış
Salyanda "Mercedes"lə qatar toqquşdu: ADY bəyanat yaydı - Video
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC dəmir yolunda avtomobilin qatarla toqquşması ilə bağlı məlumat yayıb. Qurumdan Oxu. Az-a açıqlamasında bildirilib ki, bu gün səhər saatlarında "Mercedes" markalı minik avtomobilinin sürücüsünün dəmiryol keçidi ilə bağlı qaydaları pozması nəticəsində idarə etdiyi avtomobil Salyan-Salmanlı sahəsində hərəkətdə olan lokomotivin qarşısına çıxıb: "Maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub. Hadisə nəticəsində lokomotivə zərər dəyib. ADY bir daha hərəkət iştirakçılarını dəmiryol keçidlərinə yaxınlaşarkən son dərəcə diqqətli olmağa, yolun qatardan boş olduğuna əmin olduqdan sonra hərəkəti davam etdirməyə, yol hərəkəti qaydalarına, o cümlədən yol nişanlarının tələblərinə ciddi əməl etməyə çağırır. Nəzərə almaq lazımdır ki, yol həmişə qatarındır". Samir Əli Salyan rayonunda qatarla "Mercedes-Benz" markalı minik avtomobili toqquşub. Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Arbatan kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, qatarla toqquşan avtomobilə ziyan dəyib. Hadisə nəticəsində sürücü xəsarət almayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər