Digər

Bu maşınlar kəskin bahalaşdı - Foto

10 Oct 2026, 12:23 5 baxış
Bu maşınlar kəskin bahalaşdı - Foto

Azərbaycanın ikinci əl avtomobil bazarında, xüsusilə də taksi və gündəlik istifadə üçün ən çox tələb olunan hibrid avtomobillərdən olan “Toyota Prius” modellərinin qiymətlərində kəskin artım müşahidə olunur.


Axar.az Yeni Sabah-a istinadən xəbər verir ki, elan saytlarında əks olunan son qiymət göstəriciləri alıcıları təəccübləndirib.


İllərdir ölkədə ən əlçatan avtomobillərdən sayılan 20-ci kuza (2008-ci il buraxılış) “Toyota Prius”ların qiyməti artıq 20 000 – 21 700 manat aralığına yüksəlib.


Digər model və illər üzrə bazardakı qiymət dinamikası belədir:


2008–2010-cu il modelləri (1.5L / 1.8L): 20 000 – 21 900 AZN


2014–2019-cu il modelləri (1.8L): 20 700 – 27 000 AZN


Prius Prime / PHV modelləri (2016–2025): 23 800 – 35 900 AZN


Yeni nəsil 2023-cü il modelləri (2.0L): 30 500 – 40 500 AZN.


Ekspertlər bildirirlər ki, idxal şərtlərinin sərtləşməsi, köhnə il avtomobillərin ölkəyə gətirilməsinə tətbiq olunan məhdudiyyətlər və daxili bazarda hibrid nəqliyyat vasitələrinə olan yüksək tələbat qiymətlərin artmasını şərtləndirən əsas amillərdəndir.

Mənbə axar.az

Oxşar Xəbərlər