Dünya

Tramp Hörmüz boğazından daşınan neftin həcmini açıqladı

09 Oct 2026, 23:12 2 baxış
Tramp Hörmüz boğazından daşınan neftin həcmini açıqladı
ABŞ Prezidenti Donald Tramp Fars körfəzindən Hörmüz boğazı vasitəsilə 28 milyon barel neft daşındığını bildirib. Oxu.Az "İnterfaks"a istinadən xəbər verir ki, ABŞ lideri bu barədə Kolumb Gününün qeyd olunması ərəfəsində keçirilən tədbirdə çıxışı zamanı danışıb. "Dünən 28 milyon barel daşıdıq", - deyə Tramp qeyd edib. Onun sözlərinə görə, bu, hətta ABŞ və İsrailin fevralın 28-də İrana hücumundan əvvəlki göstəricilərlə müqayisədə belə, böyük həcmdir. Bununla yanaşı, Tramp ABŞ-nin İran limanlarına tətbiq etdiyi blokadaya ciddi şəkildə əməl olunduğunu bildirib. ABŞ prezidenti, həmçinin dizel yanacağının qiymətləri ilə bağlı yaxın vaxtlarda mühüm açıqlama verəcəyini vəd edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər