Digər

Kiyevin bütün elektrik enerjisi sistemi məhv edilib - Ekspert

09 Oct 2026, 13:14 1 baxış
Kiyevin bütün elektrik enerjisi sistemi məhv edilib - Ekspert

Rusiya ordusunun zərbələri nəticəsində Kiyevin bütün elektrik enerjisi istehsal edən müəssisələri məhv edilib və ya əhəmiyyətli dərəcədə zədələnib.


Axar.az xəbər verir ki, bunu enerji üzrə ekspert Stanislav İqnatyev deyib.


“Paytaxt hazırda ən çətin vəziyyətlərdən birini yaşayır.


Darnitskaya İES-4 praktik olaraq dağılıb, İES-5 və İES-6 isə ciddi şəkildə zədələnib”, - o bildirib.


Qeyd edək ki, Kiyev meri Vitali Kliçko sakinləri genişmiqyaslı kommunal böhranı təhlükəsi səbəbindən şəhəri müvəqqəti tərk etməyə çağırmışdı.

Mənbə axar.az

Oxşar Xəbərlər