Nobel Sülh Mükafatını alan Pilley kimdir?
Xəbər verdiyimiz kimi, 2026-cı il Nobel Sülh Mükafatına Navanethem “Navi” Pilley layiq görülüb.
Axar.az xəbər verir ki, əslən tamil olan Navanethem Pilley 1941-ci ildə Cənubi Afrika Respublikasının Durban şəhərində anadan olub.
1967-ci ildə o, Natal əyalətində hüquqşünaslıq fəaliyyətinə başlayan ilk qeyri-ağdərili qadın olub. Pillay aparteid əleyhinə fəalları müdafiə edib və hakimiyyət orqanlarının işgəncə və repressiya üsullarından istifadəsini ifşa edib.
O, həmçinin Cənubi Afrika Ali Məhkəməsində vəzifə tutan ilk qeyri-ağdərili qadın olub. Beynəlxalq Cinayət Məhkəməsində hakim kimi fəaliyyət göstərib və Ruanda üzrə Beynəlxalq Cinayət Tribunalının sədri olub.
Navanethem Pilley 1967-ci ildən 1995-ci ilə qədər Cənubi Afrika Ali Məhkəməsində vəkil kimi fəaliyyət göstərib, 1995-ci ildə isə ölkənin Ali Məhkəməsinin hakimi olub.
Navi Pilley mərkəzi ofisi Nyu Yorkda yerləşən və qadın hüquqları üzrə fəaliyyət göstərən beynəlxalq "Bərabərlik" təşkilatının həmtəsisçisidir.
2008-2014-cü illərdə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı kimi fəaliyyət göstərib.