Digər

Qaniçənlər Qəzzanı həbs düşərgəsinə çevirib – Ərdoğan

09 Oct 2026, 14:38 4 baxış
Qaniçənlər Qəzzanı həbs düşərgəsinə çevirib – Ərdoğan

Qəzza özünü beynəlxalq hüquqdan üstün tutan təkəbbürlü, radikal və qaniçən soyqırım şəbəkəsi tərəfindən dünyanın ən böyük həbs düşərgəsinə çevrilib.


Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.


“Atəşkəs 11 oktyabr 2025-ci ildə qüvvəyə mindiyindən bəri bu hücumlarda 1500 fələstinli həlak olub, 5000-dən çox insan yaralanıb. İsrail regionun, xüsusən də qonşularının sülh və təhlükəsizliyini özü üçün birbaşa təhdid kimi görür.


Təəssüflə qeyd etmək istəyirəm ki, bu faciəli vəziyyət qarşısında beynəlxalq birliyin lazımi reaksiya vermədiyini və məhkəmə, sanksiya mexanizmlərinin lazım olduğu kimi tətbiq edilmədiyini görürük”, - o bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər