Cəmiyyət

Şagirdlər dərsdə hazırladıqları qidadan zəhərləndi - Foto

09 Oct 2026, 14:50 3 baxış
Şagirdlər dərsdə hazırladıqları qidadan zəhərləndi - Foto

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb.


Axar.az xəbər verir ki, bu barədə AQTA-dan məlumat verilib.


Bildirilib ki, ilkin araşdırmaya əsasən, hadisə şagirdlərin "Texnologiya" dərsi zamanı özləri hazırladıqları qidanı istehlak etdikdən sonra baş verib.


Şagirdlərə müvafiq tibb müəssisəsində yardım göstərilir.


Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Mənbə axar.az

Oxşar Xəbərlər