Dünya
Paşinyan: "Ermənistan və Azərbaycan arasında sülh reallaşmış bir faktdır"
Ermənistanın baş naziri Nikol Paşinyan MDB-nin məhdud formatda keçirilən sammitində Azərbaycan və Ermənistan arasında davam edən sülh nizamlanması ilə bağlı danışıb. Oxu.Az-ın xəbərinə görə, bu barədə "BelTA" nəşri məlumat verib. "Ermənistan və Azərbaycan arasında sülh reallaşmış bir faktdır. Bu gün deyə bilərik ki, 1990-cı illərdən başlayaraq hər il hər iki tərəfdən ölən və yaralananların olduğu son 30 ildən fərqli olaraq, son vaxtlar - iki ildən çox bir müddətdə ermənilər və azərbaycanlılar arasında atışmalar səbəbindən nə ölən, nə də yaralanan var", - deyə Paşinyan bildirib. O, həmçinin diqqət çəkib ki, artıq təxminən bir ildir Azərbaycan dəmiryolu Ermənistan yükləri üçün açıqdır, ikitərəfli ticarət həyata keçirilir, Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin 12 kilometrlik hissəsi delimitasiya və demarkasiya olunub.
Mənbə
oxu.az
Oxşar Xəbərlər