Cəmiyyət
Pirşağıda yağışdan sonra keçilməz yollar: Sakinlər illərdir əziyyət çəkirlər - Foto
Bakının Sabunçu rayonunun Pirşağı qəsəbəsində, dəmiryol stansiyasının yaxınlığındakı yolda yaranan problem sakinlərin narazılığına səbəb olub. Oxu.Az-a müraciət edən sakinlərin sözlərinə görə, ərazidə uzun müddətdir asfalt örtüyü yoxdur. Onlar qeyd ediblər ki, yağışlı havalarda yol palçıq olur, hərəkət çətinləşir. Sakinlər bildiriblər ki, problem 3-4 ildir davam edir. Güclü yağışlardan sonra yolda iri gölməçələr yaranır, palçıq isə həm piyadaların, həm də avtomobillərin hərəkətinə mane olur. Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az