Siyasət
Japarov MDB liderlərini Qırğızıstana dəvət etdi
Qırğızıstan Prezidenti Sadır Japarov MDB çərçivəsində ticari-iqtisadi, investisiya və istehsalat əməkdaşlığının, eləcə də energetika, nəqliyyat, logistika və rəqəmsal iqtisadiyyat sahələrində qarşılıqlı fəaliyyətin genişləndirilməsinin vacibliyini qeyd edib. Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan prezidenti MDB Dövlət Başçıları Şurasının iclasında bildirib. Qırğızıstan prezidenti, həmçinin aqrosənaye kompleksində və innovasiyalar sahəsində əməkdaşlığın inkişafının vacibliyini vurğulayıb. Bundan əlavə, S.Japarov MDB ölkələrinin liderlərini 2027-ci ilin oktyabrında Qırğızıstanda keçiriləcək "Bişkek+25" İkinci Qlobal Dağ Sammitində iştiraka dəvət edərək, turizm və dağlıq regionların inkişafı sahəsində qarşılıqlı fəaliyyət perspektivlərini qeyd edib. Mədəni-humanitar əməkdaşlıq çərçivəsində S.Japarov 2028-ci ildə qırğız yazıçısı Çingiz Aytmatovun anadan olmasının 100 illiyi ilə əlaqədar MDB himayəsi altında birgə tədbirlərin keçirilməsini təklif edib. S.Japarov, həmçinin Qırğızıstanın MDB-nin möhkəmləndirilməsinə töhfə verməyə davam etməyə hazır olduğunu təsdiqləyib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər