Cəmiyyət
Doğulan və ölənlərin sayı açıqlandı
2026-ci ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 48 954 doğulan körpə qeydə alınıb. Bu barədə Oxu.Az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, doğulan körpələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 9.2-dən 8.2-yə düşüb. Doğulan körpələrin 53.4 faizi oğlan uşaqları, 46.6 faizi isə qız uşaqlarıdır. Doğulan körpələrdən 1 696-sı əkiz, 60-ı isə üçəm olub. Cari ilin yeddi ayı ərzində ölkədə 35 829 ölüm halı qeydə alınıb və 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 5.9-dan 6.0-a qədər artıb.
Mənbə
oxu.az