Cəmiyyət
Hadrutda 100-dən artıq şəxsin məşğulluğu təmin edildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Xocavənd rayonunun Hadrut qəsəbəsinə köçürülmüş sakinlərin məşğulluğunun təminatı istiqamətində tədbirlərini davam etdirir.
Axar.az xəbər verir ki, həmin sakinlərdən artıq 108 şəxsin məşğulluğu təmin edilib.
O cümlədən 3 şəxs üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatları qurulub.
Hadrut qəsəbəsinə köçürülmüş sakinlərdən daha bir qrup şəxsin məşğulluğunun təmin edilməsi istiqamətində iş aparılır.
Mənbə
axar.az