Cəmiyyət
Orta aylıq əmək haqqı 7,2% artdı
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı məbləği 1 173 manat təşkil edib.
Axar.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7,2% çoxdur.
Mənbə
axar.az