Siyasət

Putin MDB liderlərini Yeni il ərəfəsində qeyri-rəsmi görüş üçün Sankt-Peterburqa dəvət etdi

09 Oct 2026, 11:50 4 baxış
Putin MDB liderlərini Yeni il ərəfəsində qeyri-rəsmi görüş üçün Sankt-Peterburqa dəvət etdi
Rusiya Prezidenti Vladimir Putin MDB-dən həmkarlarını dekabrın 21-də Sankt-Peterburqda keçirilməsi nəzərdə tutulan ənənəvi qeyri-rəsmi Yeni il ərəfəsində sammitə dəvət edib. Oxu.Az xəbər verir ki, bu barədə Rusiya prezidenti MDB liderlərinin məhdud tərkibdə keçirilən görüşü zamanı deyib: "Əlbəttə ki, gözəl bir ənənəyə uyğun olaraq, əziz dostlar, hamınızı dekabrın 21-də Sankt-Peterburqa dəvət etmək istərdim. Orada biz qeyri-rəsmi və dostluq şəraitində keçirilən görüş üçün bir araya gəlirik". Yeni il ərəfəsində görüşün gündəliyini şərh edən Vladimir Putin bildirib: "Biz bütün cari və perspektivdə olan məsələləri müzakirə edə bilərik".
Mənbə oxu.az

Oxşar Xəbərlər