Digər

Türkmənbaşıda MDB tədbirləri: Putin də gəldi

08 Oct 2026, 21:25 2 baxış
Türkmənbaşıda MDB tədbirləri: Putin də gəldi

Rusiya Prezidenti Vladimir Putin iki günlük səfərlə Türkmənistana gəlib.


Axar.az xəbər verir ki, Rusiya liderinin təyyarəsi Türkmənbaşı şəhərinin beynəlxalq hava limanına eniş edib.


Putin MDB üzv dövlətlərinin Dövlət Başçıları Şurasının iclasında və Xəzər Ekoloji Sammitində iştirak edəcək. Tədbirlər Xəzər dənizinin şərq sahilində, Türkmənbaşı yaxınlığında yerləşən Avaza Milli Turizm Zonasında keçirilir.


Rusiya prezidenti bu gün Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla ikitərəfli görüş keçirəcək. Tərəflər iki ölkə arasındakı münasibətləri müzakirə edəcəklər.


Putinin cümə günü İran Prezidenti Məsud Pezeşkianla danışıqlar aparması planlaşdırılır. Liderlərin ikitərəfli əməkdaşlıq, eləcə də Yaxın Şərqdəki vəziyyəti müzakirə etmələri gözlənilir.

Mənbə axar.az

Oxşar Xəbərlər