Digər

“General Armageddon” qayıtdı: Putin “məhv etmək” əmri verdi

08 Oct 2026, 22:06 3 baxış
“General Armageddon” qayıtdı: Putin “məhv etmək” əmri verdi

Ukraynanın enerji sektoruna zərbələrə rəhbərlik etmiş rusiyalı general Sergey Surovikin cəbhəyə qayıdıb.


Axar.az xəbər verir ki, bu barədə Britaniyanın “Telegraf” nəşri nənbələrə istinadla məlumat yayıb.


Qərbdə "General Armageddon" ləqəbi ilə tanınan Surovikinə Kiyevdəki körpülərin məhv edilməsi əməliyyatına rəhbərlik etmək tapşırılıb.


Vəziyyətlə tanış olan bir neçə mənbə bu xəbəri təsdiqləyib, lakin heç bir təfərrüat açıqlamayıb.


Məqalədə deyilir ki, Vladimir Putin generalı nəinki vəzifəsinə bərpa edib, həm də ona Kiyevdə yeddi körpünü dağıtmaq əməliyyatını həvalə edib.


Hesab edilir ki, Rusiya ordusunun məqsədi bu qış Ukrayna paytaxtını iflic etmək və Dnepr sahilləri arasında rabitəni pozmaqdır.


Qeyd edək ki, Sergey Surovikin 2017-2023-cü illərdə Rusiya Aerokosmik Qüvvələrinin komandanı olub. 2022-ci ilin oktyabrın 8-də Surovikin Rusiya müdafiə naziri Sergey Şoyqunun əmri ilə Ukraynada rus qoşunlarının birləşmiş qrupunun komandanı təyin edilib. 2023-cü ilin yanvarında onu bu vəzifədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov əvəz edib.


General Ukrayna ordusunun 2023-cü ildə əks-hücum əməliyyatlarının qarşısının alınmasında mühüm rol oynayan məşhur “Surovikin xətti”nin müəllifidir.

Mənbə axar.az

Oxşar Xəbərlər