Digər
Rusiyada taun: Paşinyan təcili qərar verdi
Rusiyanın İrkutsk vilayətindən Ermənistana taun xəstəliyinin keçməsinin qarşısını almaq məqsədilə komissiya yaradılıb.
Axar.az xəbər verir ki, bununla bağlı Ermənistan Baş naziri Nikol Paşinyan qərar imzalayıb.
Qərara əsasən, Rusiyanın İrkutsk vilayətindən Ermənistana taun xəstəliyinin gətirilməsinin və yayılmasının qarşısının alınması üzrə tədbirlərin qurumlararası əlaqələndirilməsi məqsədilə komissiya yaradılıb.
Ermənistan Səhiyyə Nazirliyinə Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin iştirakı ilə komissiyanın təşkilati və texniki təminatını həyata keçirmək tapşırılıb.
Mənbə
axar.az