Digər

Çinlilər rusların "ikiqat zərbəsi"ndən yazır

08 Oct 2026, 09:15 4 baxış
Çinlilər rusların "ikiqat zərbəsi"ndən yazır

Ukrayna tam enerji böhranı ilə üzləşir və bu da Kiyevi diplomatik kursunu yenidən nəzərdən keçirməyə məcbur edir.


Axar.az xəbər verir ki, bu barədə Çinin "Sohu" nəşrində yayımlanan məqalədə deyilir.


Nəşrin məlumatına görə, Rusiyanın davamlı hücumları və yeni silah növlərindən istifadə etməsi Ukrayna Prezidenti Vladimir Zelenskini əvvəlki barışmaz mövqeyindən geri çəkilməyə məcbur edir:


“Ukraynaya davamlı olaraq xeyli sayda PUA və raket yağır, enerji infrastrukturunu hədəf alan hücumlar qış yaxınlaşdıqca vəziyyəti daha da çıxılmaz edir”.


Çinli jurnalistlər Rusiyanın hücumlarını "ikiqat zərbə" taktikası kimi təsvir ediblər:


“Güclü raket zərbəsi və ardınca dronlar. Bu qəddar və effektiv metod düşmənin silahlı qüvvələri üçün əsl kabusa çevrilib”.

Mənbə axar.az

Oxşar Xəbərlər