Digər

İsrail Qüdsdəki Britaniya konsulluğunu bağladı - Cavab

08 Oct 2026, 10:03 2 baxış
İsrail Qüdsdəki Britaniya konsulluğunu bağladı - Cavab

Oktyabrın 8-də İsrail Şərqi Qüdsdəki Britaniya konsulluğunu bağlayacaq, lakin diplomatlar və onların ailə üzvlərini ölkədən çıxarmayacaq.


Axar.az xəbər verir ki, bu barədə “Tayms” məlumat yayıb.


Məlumata görə, missiya öz diplomatik statusunu itirəcək, orada çalışan təxminən 30 diplomat isə fəaliyyətlərini Böyük Britaniyanın Təl-Əvivdəki səfirliyində davam etdirə biləcəklər.


Qeyd edək ki, sentyabrın 8-də Böyük Britaniya xarici işlər naziri Ed Milibend Londonun İordan çayının qərb sahilindəki qeyri-qanuni yəhudi yaşayış məntəqələrindən malların idxalına qadağa qoyduğunu demişdi. Buna cavab olaraq İsrail tərəfi Şərqi Qüdsdəki Britaniya konsulluğunun 30 gün ərzində bağlanacağını açıqlamışdı.

Mənbə axar.az

Oxşar Xəbərlər