Cəmiyyət

Prezidentdən övladlığa götürülmə ilə bağlı fərman

05 Oct 2026, 16:20 3 baxış
Prezidentdən övladlığa götürülmə ilə bağlı fərman

Prezient İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.


Axar.az fərmanın mətnini təqdim edir:


Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 2, maddə 104 (Cild I); 2025, № 4 (I kitab), maddə 341; 2026, № 1, maddə 24, № 6, maddə 518) ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nın 7-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:


1. 7.4-cü bənddə “2 (iki) ay müddətində ayda ən azı 40 (qırx)” sözləri “1 (bir) ay müddətində azı 20 (iyirmi)” sözləri ilə əvəz edilsin.


2. 7.5-ci bənddə “1” rəqəmi “3” rəqəmi ilə, “20 (iyirmi)” sözləri “10 (on)” sözləri ilə və “12 (on iki)” sözləri “6 (altı)” sözləri ilə əvəz edilsin.


3. 7.6-cı bənddə “Bu Qaydanın 7.4-cü və 7.5-ci bəndlərində nəzərdə tutulmuş müddətdə sosial işçi hər ay ərzində 8 (səkkiz) saatdan az olmayaraq” sözləri “Sosial işçi bu Qaydanın 7.4-cü bəndində nəzərdə tutulmuş müddətdə 10 (on) saatdan az olmayaraq, bu Qaydanın 7.5-ci bəndində nəzərdə tutulmuş halda isə bütün müddət ərzində” sözləri ilə əvəz edilsin.

Mənbə axar.az

Oxşar Xəbərlər