Digər

“Royad Məmmədov” gəmisi vuruldu: ölənlər var - Video

05 Oct 2026, 15:42 3 baxış
“Royad Məmmədov” gəmisi vuruldu: ölənlər var - Video

15:13


Ukraynadan İtaliyaya taxıl daşıyan Türkiyəyə məxsus “Royad Məmmədov” adlı gəmi Rumıniya sahillərindən təxminən 20 dəniz mili məsafədə PUA hücumuna məruz qalıb.


Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.


Məlumata görə, zərbə nəticəsində gəminin kapitanı yaralanıb. 13 heyət üzvü isə itkin düşüb.


Rumıniya rəsmiləri ərazidə axtarış-xilasetmə əməliyyatlarına başladıqlarını bildiriblər.


***


Rumıniya rəsmilərinin məlumatına görə, gəminin 11 ekipaj üzvü xilas edilib, iki nəfər isə həlak olub.

Mənbə axar.az

Oxşar Xəbərlər