Digər
Braziliya prezidentini seçə bilmədi - İkinci tur olacaq
Braziliyada ötən gün baş tutan prezident seçkilərində Liberal Partiyasının namizədi, senator Flavio Bolsonaro 47,42% (55 038 846), hazırkı Prezident Lula da Silva isə 44,70% (51 886 308) səs toplayıb.
Axar.az xəbər verir ki, bu barədə Braziliya Ali Seçki Məhkəməsinin (Mərkəzi Seçki Komissiyası kimi fəaliyyət göstərir) protokolların 97,36%-nin nəticələri əsasında yaydığı məlumatda bildirilir.
Namizədlərdən heç biri səslərin 50%-dən çoxunu qazanmadığı üçün qalib oktyabrın 25-də keçiriləcək seçkilərin ikinci turunda müəyyənləşəcək.
Flavio Bolsonaro Braziliyanın keçmiş prezidenti Jair Bolsonaronun böyük oğludur.
Mənbə
axar.az