Dünya

Tramp ABŞ-də yeni qüvvələrin yaradıldığını elan etdi

04 Oct 2026, 17:20 2 baxış
Tramp ABŞ-də yeni qüvvələrin yaradıldığını elan etdi
ABŞ Prezidenti Donald Tramp ölkədə Superkəşfiyyat Qüvvələrinin (SIF) yaradıldığını bəyan edib. Oxu.Az xəbər verir ki, Tramp bu barədə "Truth Social" platformasındakı hesabında paylaşım edib. Məlumata görə, Superkəşfiyyat Qüvvələrinin əsas vəzifəsi ABŞ-nin superkəşfiyyat sahəsində dünya liderliyini qoruyub saxlaması üçün federal hökumətin fəaliyyətini əlaqələndirməkdir. Trampın sözlərinə görə, SIF ABŞ hökumətinin istehlakçılar, ictimai və dini təşkilatlarla qarşılıqlı əlaqələrini tənzimləyəcək. Qurum, həmçinin süni intellektin hazırlanması ilə məşğul olan şirkətlər və kritik infrastruktur təminatçıları ilə əməkdaşlığın əlaqələndirilməsində iştirak edəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər