İdman

Ronaldu millidən ayrıldı, Portuqaliyada kütləvi etirazlar başladı - Video

03 Oct 2026, 19:16 3 baxış
Ronaldu millidən ayrıldı, Portuqaliyada kütləvi etirazlar başladı - Video
Portuqaliya millisinin azarkeşləri Kriştianu Ronaldunun milli komandadan qalmaqallı şəkildə ayrılmasına etiraz olaraq aksiya keçiriblər. Oxu.Az xəbər verir ki, ölkənin müxtəlif şəhərlərində küçələrə çıxan azarkeşlər futbolçunun adını səsləndirib və əfsanəvi oyunçuya hörmət tələb ediblər.

Azarkeşlərin narazılığı yığmanın baş məşqçisi Jorji Jezuşa da qarşı yönəlib. Tərəfdarlar milli komanda üzvlərinin qaldığı hotelin qarşısında və stadionda mütəxəssisi fitə basıb, tribunaları Ronaldonu dəstəkləyən plakatlarla doldurublar. Narazılıq komandanın sosial şəbəkələrdəki hesablarına da təsir edib. Portuqaliya millisinin rəsmi hesabı bir sutkadan az müddətdə təxminən 1.5 milyon izləyici itirib. Qeyd edək ki, bundan əvvəl ulduz hücumçu yaranan qalmaqal fonunda Portuqaliya millisinin düşərgəsini birdəfəlik tərk edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər