Kriminal

Ağdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı

02 Oct 2026, 15:28 2 baxış
Ağdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı
Ağdamda 15 yaşlı qız evlənmək məqsədilə qaçırılıb. Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Səfərli kəndində baş verib. 2011-ci il təvəllüdlü S.Soltanova (şərti) ailəsindən xəbərsiz yaşadığı evi tərk edib. Onun evlənmək məqsədilə tanış olduğu şəxslə birgə getdiyi bildirilib. Ailə üzvləri qızın qaçırılması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər. Faktla bağlı araşdırma aparılır. Onun yerinin müəyyən edilərək tapılması istiqamətində zəruri tədbirlər görülür.
Mənbə oxu.az

Oxşar Xəbərlər