Dünya
Putin: "Biz heç kimə hücum etmək niyyətində deyilik, amma..."
"Qərb ölkələrinin siyasi rəhbərliyi vətəndaşlarının diqqətini Rusiyaya qarşı yürütdüyü təcavüzkar siyasətdən yayındırmağa çalışır". Oxu.Az "Kommersant"a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin "Valday" Beynəlxalq Diskussiya Klubunun 23-cü illik iclasının plenar sessiyasındakı çıxışı zamanı bəyan edib. O bildirib ki, Moskva heç kimə hədə-qorxu gəlmir və heç kimə nə 2029-cu, nə 2030-cu, nə də 2050-ci ildə hücum etmək niyyətində deyil. "Lakin təcavüzlə qarşılaşsaq, cavab verməyə məcbur olacağıq. Avropa ölkələrinin vətəndaşları bunu aydın şəkildə anlamalı, bizim mövqeyimizlə öz ölkələrinin bəzi mövcud siyasi rəhbərliyinin mövqeyini fərqləndirməlidirlər", - deyə Putin vurğulayıb. Rusiya dövlət başçısı əlavə edib ki, avropalılarda bu anlayış artıq var: "Biz bunu məhz aparıcı Avropa ölkələrindəki seçkilərin nəticələrindən və əhvali-ruhiyyədən görürük".
Mənbə
oxu.az